• cümə, 19 Aprel, 22:25
  • Baku Bakı 24°C

Binəli Yıldırım: "15 iyulda terror təşkilatı uduzdu, millət, demokratiya qazandı"

12.07.17 17:15 1401
Binəli Yıldırım: "15 iyulda terror təşkilatı uduzdu, millət, demokratiya qazandı"
"15 iyul hərbi çevriliş cəhdini bir daha lənətləyirəm. 15 iyulda terror təşkilatı uduzdu, millət, demokratiya qazandı".

APA-nın məlumatına görə, bunu bu gün Türkiyə baş naziri Binəli Yıldırım Türkiyədə 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qərargahında təşkil edilən "15 iyul Milli iradənin zəfəri" mövzusunda paneldə bildirib.

B. Yıldırım 15 iyulda qətiyyətli lider kimi fəaliyyətinə görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib: "Şəhidlərimizə Allahdan rəhmət diləyir. Onlar bədənlərini sipər edərək, bu mənfur çevrilişin qarşısını alıblar. Qazilərə də ayrıca təşəkkür edirəm. Həmin vaxt bir aya qədər demokratiya növbəsində duran insanlarımıza təşəkkür edirəm. 15 iyulda Türkiyənin bütün bölgələrindən şəhid və qazilərimiz oldu. O gecə küçəyə çıxan insanlar təhlükəni dərk edərək, Türkiyə prezidentinin çağırışı ilə meydanlara axışıb. Həmin gecə vətəndaşlar heç bir zorakılığa yol verməyib. İkinci bir milli istiqlal savaşı yaşanıb. Xalqımız tankın, təyyarənin qarşı imanı ilə çıxıb. Mən bu xalqın övladı olmağımla fəxr edirəm. Xalq həmin gün hər bir fərdi ilə cümhuriyyətə, demokratiyaya sahib çıxdı, namusunu xainlərin tapdamasına yol vermədi. Söz veririk ki, bu Vətən namərdlərin tapdağı olmayacaq, bayrağımız heç vaxt enməyəcək, azanlarımız susmayacaq. Heç bir terror təşkilatı birliyimizi, qardaşlığımızı pozmayacaq. Biz daima bir, bərabər olacağıq. Heç kəs bu millətin iradəsinə qarşı çıxa bilməyəcək, təxribatlar bizi ayıra bilməyəcək. Qəhrəmanlarımızı heç vaxt unutmayacağıq. Dinimizdən sui-istifadə etmək istəyənlərə bir daha fürsət verməyəcəyik. Xainlərin, günahkarların bu gün teatrlarda oynadıqları oyun onların alacaqları cəzalara mane olmayacaq. Türkiyə bir hüquq dövlətidir, qanun çərçivəsində günahkarlar cəzalarını alacaqlar".
banner

Oxşar Xəbərlər