• cümə, 29 Mart, 19:59
  • Baku Bakı 14°C

Bilik Günündə şagirdlər məktəbə hansı qaydada gedəcək?

14.09.20 15:30 655
Bilik Günündə şagirdlər məktəbə hansı qaydada gedəcək?
Təhsil Nazirliyi yeni tədris ilinin ilk günündə şagirdlərin məktəbə hansı formada gedəcəyi məsələsinə aydınlıq gətirib.
Nazirlikdən bildirilib ki, ümumi təhsil müəssisələrində dərs məşğələləri I-IV siniflərdə sentyabrın 15-dən əyani və distant (məsafədən) keçiriləcək.
Lakin sabah bütün ibtidai sinif şagirdlərinin məktəbə getməsinə ehtiyac yoxdur. Şagirlər məktəb rəhbərliyinin müəyyən etdiyi dərs cədvəli əsasında, növbəlilik prinsipi ilə məktəbə gedəcəklər:"Bununla bağlı artıq məktəb rəhbərliyi valideynləri məlumatlandırıb. Valideynlər bu cədvələ uyğun uşaqlarını müəyyən edilmiş günlərdə məktəbə göndərməlidirlər. Bu, eyni zamanda 1-ci sinif şagirdlərinə də aiddir. Sabah bütün 1-ci sinif şagirdlərinin məktəbə gəlməsinə ehtiyac yoxdur".
Xatırladaq ki, Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, Təhsil Nazirliyi tərəfindən "Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə" tədris planları təsdiq olunub.
Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə təşkil olunacaq.
Ümumi təhsil müəssisələrində dərs məşğələləri I-IV siniflərdə sentyabrın 15-dən əyani və distant (məsafədən), V-IX siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 1-dən əyani və distant (məsafədən), X-XI siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 15-dən əyani və distant (məsafədən) formalarda başlayır.
banner

Oxşar Xəbərlər