• cümə, 29 Mart, 17:53
  • Baku Bakı 14°C

Bilik Fondu “İlboyu bilik” proqramı çərçivəsində mühazirələrini davam etdirir

17.10.17 22:00 2352
Bilik Fondu “İlboyu bilik” proqramı çərçivəsində mühazirələrini davam etdirir
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu "İlboyu bilik” proqramı çərçivəsində mühazirələrini davam etdirir. Fondun Şamaxı rayon nümayəndəliyinin təşəbbüsü ilə Şamaxı Dövlət Regional Kollecində 18 oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr olunan tədbir keçirilib.
Bilik FondundanAZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, fondun lektorlar qrupunun üzvü İnşallah Qafarov "Azərbaycanın dövlət müstəqilliyinin 25 ili: yekunlar və gələcəyə baxış” mövzusunda mühazirə söyləyib.
İ.Qafarov Azərbaycanın müstəqillik tarixində qazandığı nailiyyətlərdən söz açıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin daxili və xarici siyasətinin uğurla davam etdiyini, iqtisadi inkişafın insan kapitalının formalaşmasında mühüm rol oynadığını, Azərbaycanın regionda lider dövlətə çevrildiyini bildirib.
Kollec direktorunun tədris işləri üzrə müavini Vaqif Eyyubov təhsil ocağında keçirilən görüşlərdən, fondun Şamaxı rayonu üzrə nümayəndəsi Gülnurə Babaşova isə təmsil etdiyi qurumun maarifçilik fəaliyyətindən danışıblar.
Sonda Bilik Fondunun tələbələr arasında təşkil etdiyi inşa müsabiqəsinin qaliblərinə diplom və təşəkkürnamələr verilib.
Fondun təşkilatçılığı ilə növbəti mühazirə Bakı şəhəri Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbdə keçirilib.
Əvvəlcə məktəbin direktoru Rəna Süleymanova Bilik Fondunun fəaliyyəti barədə məlumat verib.
Sonra fondun lektorlar qrupunun üzvü, dosent Pərvanə Məmmədlinin "Azərbaycanda alman izləri” mövzusunda mühazirəsi dinlənilib. O, "Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamını xatırladıb, almanların ölkəmizə səfərlərini tarixi baxımdan şərh edib, onların müxtəlif istiqamətlər üzrə mədəniyyət sahəsinə verdikləri töhfələrdən danışıb.
banner

Oxşar Xəbərlər