• çərşənbə, 24 Aprel, 18:53
  • Baku Bakı 23°C

Biləsuvar rayonunda “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair işgüzar forum keçirildi

23.11.17 15:54 2347
Biləsuvar rayonunda “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair işgüzar forum keçirildi
23 noyabr 2017-ci il tarixdə Biləsuvar rayon Aşağı Cürəli kəndində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu və Biləsuvar rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Biləsuvar rayonunda "Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair işgüzar forum keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev, rayonun aidiyyəti müəssisə rəhbərləri, bələdiyyə sədrləri, yerli sahibkarlar, iş adamları, bankların və kredit təşkilatlarının, ictimaiyyətin nümayəndələri, və KİV nümayəndləri iştirak etdilər.
Tədbir iştirakçıları əvvəlcə respublikamızda sahibkarlığın inkişafından bəhs edən slayda tamaşa etdilər.
Sonra Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev çıxış edərək respublikamızda sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması və sahibkarlara hərtərəfli köməkliklər göstərilməsi ilə bağlı Ölkə rəhbərinin tapşırıq və tövsiyyələrinə uyğun olaraq rayonumuzda bu istiqamətdə görülən işlər və həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verdi.Bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirilən tədbirlər bütövlükdə respublikamızın, eləcədə hər bir regionun inkişaf istiqamətlərini, imkanlarını və perspektivlərini müəyyən edir.Hazırda regionlarda qeyri neft sektorunun prioritet istiqamətlərindən olan aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı aparılan işlər Biləsuvar rayonunda da öz bəhrəsini verməkdədir. Biləsuvar həmişə respublikamızın aparıcı aqrar rayonlarından biri olmuş, daha çox pambıqçılıq ənənələrinin inkişafına görə tanınmışdır.M.Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin pambıqçılığın inkişafına göstərdiyi diqqəti bir daha vurğulayaraq qeyd etdi ki, məhz bu qayğının nəticəsidir ki, son illərlə müqayisədə bu il dəfələrlə çox 11351 hektar sahədə pambıq əkilmişdir.Bu günədək sahələrdən 23 min ton pambıq yığılmışdır və hazırda yığım davam edir. Ölkə rəhbərinin
pambıq əkininə əlavə subsidiyanın verilməsi, pambığın qiymətinin artırılması, fermerlərə toxum, gübrə alınmasında, aqrotexniki işlərin aparılmasında dövlət tərəfindən müvafiq köməkliklərin göstərilməsi, fermerlərin və emal müəssisələrin güzəştli şərtlərlə maliyyələşdirilməsi ilə bağlı köməkliklər göstərilməsi rayonumuzda pambıqçılığa marağı daha da artırmışdır.Gələn il 15 min hektar ərazidə pambıq əkinlərinin aparılması üçün aqrotexniki işlərə başlanılmışdır.
M.Quliyev rayonda aqrar sahənin daha da inkişaf etdirilməsi məqsədilə fermerlərə maliyyə və digər köməkliklərin olunması üçün bundan sonra da müvafiq işlərin aparılacağını bildirdi.
Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxış edərək respublikamızda bu sahədə görülən işlərin tərkib hissəsi olaraq Biləsuvar rayonunda bu sahədə əldə edilmiş uğurlardan danışdı.O, bildirdi ki, son illər Biləsuvar rayonunda Fond tərəfindən tutumu 5 min ton olan logistika mərkəzi, İllik istehsal gücü 2.6 min ton quş əti olan quşçuluq təsərrüfatı, illik gücü 18.8 min ton olan konserv zabodu istifadəyə verilmiş, 200 hektar ərazidə nar bağı salınmışdır.
Ş.Abdullayev çıxışı zamanı sahibkarlara güzəştli kreditlərin verilməsi mexanizmi, sahibkar-müvəkkil kredit təşkilatları arasında qarşılıqlı əlaqələr, rayonda həyata keçirilməsi məqsədəmüvafiq olan nümunəvi layihələrin hazırlanması istiqamətində atılacaq addımlar barədə ətraflı məlumatlar verdi.
Tədbirdə sahibkarlar və torpaq mülkiyyətçiləri çıxış edərək onları narahat edən məsələlər barədə fikir mübadiləsi apardılar.
Sahibkarlar tərəfindən təklif olunan layihələrin maliyyələşdirilmə imkanları müvəkkil kredit təşkilatlarının nümayəndələri ilə müzakirə edildi.
Sonda Biləsuvar rayonunda kənd təsərrüfatı sahəsi üzrə fəaliyyət göstərən "Yaşıl ada” aqroparkına baxış keçirildi.



banner

Oxşar Xəbərlər