AZE | RUS | ENG |


Biləsuvar rayonunda növbəti əmək yarmarkası keçirilib

Biləsuvar rayonunda növbəti əmək yarmarkası keçirilib
12 sentyabr 2017-ci il tarixdə Biləsuvar rayonundakı Mərkəzi parkda  Biləsuvar rayon İcra Hakimiyyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Biləsuvar rayon Məşğulluq Mərkəzinin birgə təşkilatçılığı ilə növbəti əmək yarmarkası keçirildi.
Əmək yarmarkasında ümumilikdə rayonun 16 dövlət və qeyri-dövlət təşkilatı iştirak etmişdir ki, bunların da 11-i dövlət, 5-i isə qeydi-dövlət müəssisəsi olmuşdur.Bu təşkilatlar  tərəfindən yarmarkaya 107 boş iş yeri çıxarılmışdır. Təqdim olunan boş iş yerlərindən 27-si dövlət, 80-i isə qeyri-dövlət müəssisələrinin payına düşür.Bu iş yerlərinin  19-u qulluqçu, 88-i isə müxtəlif peşə sahələrinə aid  işlər olmuşdur.İş yerlərində orta aylıq əməkhaqqı 130 manatdan 300 manatadək təşkil etmişdir.
Əmək yarmarkasında 290 nəfərdən çox işaxtaran vətəndaş  iştirak etdi. Tədbirdə  64 nəfərə öz ixtisas və peşələri üzrə işlə təmin olunmaq üçün göndəriş verildi.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6280
GBP 1 İngilis funt sterlinqi 2.2440
TRY 1 Türk lirəsi 0.4395
KWD 1 Küveyt dinarı 5.6270
SEK 1 İsveç kronu 0.2015
EUR 1 Avro 1.9941
CHF 1 İsveçrə frankı 1.7189
USD 1 ABŞ dolları 1.7002