• cümə axşamı, 28 mart, 15:46
  • Baku Bakı 16°C

“Big Bubble əməliyyatı” adlı uşaq filmi təqdim olundu

05.10.17 15:32 4322
“Big Bubble əməliyyatı” adlı uşaq filmi təqdim olundu
Nizami kinoteatrında 30 illik fasilədən sonra uşaq kinosuna yeni bir nəfəs gətirəcək "Big Bubble əməliyyatı” adlı uşaq filminin təqdimat mərasimi keçirildi. Qalada filmin yaradıcı heyəti, bir çox media nümayəndələri, millət vəkili Qənirə Paşayeva və digər qonaqlar iştirak edirdi.

Aparıcı Elməddin Məmmədovun təqdimatıyla qırmızı xalıya dəvət olunan filmin yaradıcı heyəti film haqqında öz təəssüratlarını səsləndirdilər, onlara dəstək olanlara minnətdarlıqlarını bildirdilər. Bildirək ki, filmdə iştirak edən uşaqlardan yeddisi artıq 6 ilə yaxındır ki, uşaqların düzgün inkişafı, təhsil və tərbiyələnməsi istiqamətində fəaliyyət göstərən Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzinin üzvləri – Musa Allahverdiyev, Zəhra Muradova, Sübhan Əzizov, Hacımurad Davudov, Rinat Davudov, Dəniz Aslanlı, Elay Əzizova, biri isə mərhum aktrisa Xanım Qafarovanın qızı Gövhər Gülmalıyevadır. Bundan başqa filmdə valideyn, nənə, sehrbaz və digər maraqlı obrazlar da yer almışdır.

İlk dəqiqələrdən artıq zalda uşaqların təəccüb və sevinc səsləri eşidilirdi. Macəra xarakteri daşıyan "Big Bubble əməliyyatı” filmi, həm də tərbiyəvi əhəmiyyətinə görə diqqəti cəlb etdi. Belə ki, filmdə valideyn-övlad arasında qurulan ünsiyyət, böyüyə - nənəyə, babaya hörmət, dostluğa sadiqlik, bacı-qardaş məhəbbəti və digər münasibətlər filmin süjet xəttinin zənginliyindən xəbər verirdi. Bütün bu deyilənlərin bir filmdə yer alması isə filmin ssenari və rejissor işinin mükəmməlliyinin göstəricisi idi.

Qeyd edək ki, filmin rejissoru Teymur Nəcəf, baş prodüseri Elşən Əliyev, prodüseri Dilşad Musa, bəstəkarı Ləman Nəcəf, musiqi tərtibatçısı Rövşən Muhammed, quruluşçu operatoru Zaur Hüseynov, ssenaristi Teymur Nəcəfdir.




banner

Oxşar Xəbərlər