• cümə, 19 Aprel, 16:18
  • Baku Bakı 25°C

Bəzi yerlərdə yağış yağacaq

21.10.16 14:30 1149
Bəzi yerlərdə yağış yağacaq
Oktyabrın 22-də Bakı və Abşeron yarımadasında bəzi yerlərdə çiskinli yağış yağacağı, gündüz fasilə olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər NazirliyindənAPA-ya verilən xəbərə görə, mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun yarımadada gecə 9-11° isti, gündüz 11-14° isti,Bakıda gecə 9-11° isti, gündüz 11-13° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək - 769 mm civə sütunu, nisbi rütubət 80-90 % təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-11° isti, gündüz 12-15° isti,dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 22-23- də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdümeteohəssas insanlar üçün nisbətən əlverişlidir.
banner

Oxşar Xəbərlər