• cümə axşamı, 25 aprel, 22:03
  • Baku Bakı 21°C

Bəzi rayonlarımızda qaz olmayacaq

20.08.13 09:10 1492
Bəzi rayonlarımızda qaz olmayacaq
Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar bu gün saat 18:00-dək Qax, Zaqatala, Balakən rayonlarını təbii qazla təmin edən bütün ölçü qovşaqlarında, “Qazax” Qazpaylayıcı Stansiyasında, “Ağköynək”, “1-ci Şıxlı” Avtomatik Qazpaylayıcı Stansiyasında, “Zeytun”, “Zirə əhali”, “Dübəndi bağları” ölçü qovşaqlarında, saat 16:00-dək isə “Zabrat” Qazpaylayıcı Stansiyasında təbii qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Qax, Zaqatala, Balakən rayonlarına, Qazax şəhərinə, Xəzər rayonunun Qala, Zirə qəsəbələrinin bir hissəsinə, Zeytun, Xaşaxuna, Dübəndi bağları adlanan yaşayış sahəsinə, Sabunçu rayonunun Balaxanı, Zabrat I qəsəbələrinə və Zabrat II qəsəbəsinin bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
banner

Oxşar Xəbərlər