Beynin sərhədlərini kəşf edin
İnsan beyninin konfabulator, təhkiyəçi,
illuzionist kimi bir çox bacarıqları haqqında bildiyiniz bütün məlumatların
yanlış olduğu iddia edilir. Müasir psixologiya və neyronevrologiyanın tükənmək
bilməyən müddəaları sırasına bu da əlavə olundu. "Guardian” yazarlarından və
eyni zamanda bookstagram (instagrama qoşulmuş kitab bloqqeri-red.) fəaliyyəti
ilə tanınan Nik Çater insanın mənəvi dünyası ilə bağlı yeni fikirlər, daha
doğrusu, doğru bildiyimiz yanlışları düzəldən və bizi beynin həqiqi imkanları
ilə tanış edəcək kitabları təqdim edib. Bu kitablara dünyanın etibar etməsinin
əsas səbəbi isə elmin bir ədibin fantaziyası ilə yox, bir alimin ədəbi ifadə
yolları ilə təqdim olunmasıdır. Geniş izahatlarla dərginin internet ünvanında
tanış ola bilərsiniz. Biz isə qısa siyahını təqdim edirik.
· Daniel
Dennet – "İzah edilmiş şüur” ("Consciousness explained”)
· Kristofer
Çabris və Daniel Simons – "Gözəgörünməz Qorilla” ("The invisible Gorilla”)
· J.Kevin
O’Reqan – "Niyə qırmızı zəng səs çıxarmır?” ("Why red doesn’t sound like a bell”)
· Lisa
Feldman Barret – "Duyğular necə yaranır?” ("How emotions are made?”)
· Donal Hofman – "Vizual zəka” ("Visual intelligence”)