• çərşənbə, 24 Aprel, 22:35
  • Baku Bakı 23°C

Beynəlxalq Muğam Mərkəzində “Baku Brass” nəfəs alətləri ansamblının konserti keçiriləcək

01.04.17 14:47 878
Beynəlxalq Muğam Mərkəzində “Baku Brass” nəfəs alətləri ansamblının konserti keçiriləcək
Aprelin 25-də Beynəlxalq Muğam Mərkəzində "Baku Brass” nəfəs alətləri ansamblının konserti keçiriləcək.
MərkəzdənAZƏRTAC-a bildirilib ki, konsertdə ansamblın üzvləri - Əməkdar artistlər Sirus Məmmədov (truba), Rövşən Quliyev (truba), Andrey Sabayev (valtorna), Əli Hacıyev (truba), Kamal Tapdıqov (trombon), Ucal Məmmədxan (zərb alətləri), həmçinin solistlər Leyla İbrahimova (vokal), Vəli Budaqov (klarnet) və Yeganə Tapdıqova (arfa) çıxış edəcəklər. Gecədə Azərbaycan və xarici bəstəkarların əsərləri səslənəcək.
Biletləri şəhərin kassalarından, "ASAN xidmət” mərkəzlərində və iticket.az saytından əldə etmək olar.
banner

Oxşar Xəbərlər