• çərşənbə axşamı, 23 aprel, 18:56
  • Baku Bakı 20°C

Beynəlxalq medianın yeni gedişi: Azərbaycanı “bizimkilər”in imzası ilə vurmaq

13.06.15 19:21 1017
Beynəlxalq medianın yeni gedişi: Azərbaycanı “bizimkilər”in imzası ilə vurmaq
Antiazərbaycan şəbəkəsində xüsusi fəallığı ilə seçilən xarici nəşrlər tirajladıqları yalanlara “etimad” qazandırmaq üçün yeni taktikaya keçiblər.
Hələ Birinci Avrupa Oyunları ərəfəsində formalaşdırılmış beynəlxalq anti-Azərbaycan şəbəkəsinin media cinahı son günlər xüsusi fəallıq sərgiləyir.
Düzdür, Azərbaycana qarşı işbirliyində olan Qərb KİV-nin əsassız tənqidi materiallarının leytmotivi dəyişməz qalıb və burada əsas məqsəd, əvvəlki tək, Azərbaycanı qaralamaq, ölkənin beynəlxalq nüfuzuna zərbə vurmaqdır. Lakin bu şəbəkəyə daxil olan media orqanlarının yaydığı qərəzli məqalələrin gözlənilən effekti verməməsi və heç bir ictimai maraq doğurmaması, bu nəşrlərin redaksiyasını fərqli taktika axtarışına sövq edib - “The Gardian”, “The Independent”, “Washington Post”, “Bloomberg”, “Deutsche Welle” kimi nəşrlər öz yalanlarını oxucuya “ilkin mənbə”nin dili və qələmi ilə çatdırmağın məqsədəuyğunluğu qənaətinə gəliblər.
Başqa sözlə, bir alman, ingilis, yaxud da amerikalı jurnalistin Azərbaycan haqqında yazdıqları hədyanlar indi azərbaycanlı mühacir yazarların təqdimatında oxucuya çatdırılır.
Son həftənin ardıcıllığına nəzər salsaq ilk olaraq, əvvəlcə Almaniyanın “Deutsche Welle” saytı bu ölkədə fəliyyət göstərən “Meydan TV”-nin direktoru Emin Milli ilə geniş müsahibə yayımlayıb.
Xatırladaq ki, 2009-cu ilin yayında törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrum edilən, 2010-cu il noyabrın 19-da isə vaxtından əvvəl həbsdən azad olunan E.Milli o vaxtdan mühacirət etdiyi Almaniyada ona meydan vermiş dairələrin maraqlarının ifadəçisinə çevrilib.
E.Millinin “Meydan TV” layihəsi, daha doğrusu, patronlarının onun üçün müəyyənləşdirdikləri bu “məşğuliyyət”in məqsədi də, hədəfi də bəllidir: hər imkanda Azərbaycanı qaralamaq, rəsmi Bakını daim tənqid etmək. Onun “Deutsche Welle” nəşrinə son müsahibəsində Azərbaycanı, onun hakimiyyətini, ölkədəki ümumi durumu tünd qara fonda göstərmək üçün olan-olmayan bütün bacarığını sərf edib.
Sözügedən taktikanın tətbiqi ilə imzası “aktuallaşan” daha bir azərbaycanlı mühacir yazar isə İdrak Abbasovdur.
Bu şəxsin özünü xaricdə jurnalist kimi necə tanıtdığını bilmirik. Amma onu dəqiq bilirik ki, İ.Abbasovun imzası Azərbaycan mətbuatının hətta ikinci-üçüncü “divizionu”nda yer da tutmağa layiq olmayıb. Və indi təsəvvür edin, Azərbaycan mətbuatında imzasını heç ortabab səviyyədə də tanıtmağı bacarmayan İ.Abbasovun səsi... yox, imzası harada-harada - Böyük Britaniyanın “The Gardian” qəzetində yer almağa başlayıb.
Bu qəzetdəki “məqaləsində” İ.Abbasov başına gələn məişət hadisəsini “mediaya və jurnalistlərə basqı” prizmasından ingilis auditoriyasına anlatmağa çalışıb.
1821-ci ildən nəşr olunan və dünya mediasında özünəməxsus yer tutan “The Gardian” qəzetində çıxış etmək, dərc olunmaq bəlkə də hər bir jurnalistin arzusudur. Amma reallıqda, hətta ciddi çəkisi olan imzaların da “The Gardian”ın səhifələrinə yol tapması asan deyil. Belə olan halda, yerli qəzetlərin redaktorlarının qapıdan işəri buraxmadığı İdrak “The Gardian”a necə gedib çıxıb?
Və ya götürək nəinki Azərbaycan oxucularının, heç azərbaycalı jurnalistlətlərin də əksəriyyətinin tanımadığı, lakin buna baxmayaraq, xarici mediada özünü “təsdiqləməyi bacarmış” Gülnarə Axundovanı. İndiyədək Azərbaycanda imzası tanınmayan bu “jurnalistin” məqaləsi bu günlərdə - təəccüblənməyin - Böyük Britaniyanın “The Independent” qəzetində işıq üzü görüb!
Təbii bir sual yaranır: Heç doğma Azərbaycan dilində cümləni-cümləyə qoşa bilməyən adamları dünyanın ən nüfuzlu ingilisdilli nəşrlərinə kim və hansı məqsədlə “sırıyır”? Bu adamların nəyi və harası “Gardian”, “İndipendent”, “Deutsche Welle” kimi nəşrlərə xoş gəlib ki, səhifələrində öz peşəkarlıq standartlarına uyğun gəlməyən adamların imzalarını tirajlayır?
Bu suala cavab vermək üçün hər üz imza ilə verilən məqalələrin mahiyyətinə diqqət yetirmək lazımdır. Eyni tezislər, eyni fikirlər və hətta eyni ifadələr əsasında yazılmış məqalələrin bir məqsədi var - Azərbaycanı, onun hakimiyyətini əsassız tənqid etmək, aşağılamaq, əldə edilmiş bütün uğurları pisləmək.
Lakin by nəşrlərin rəhbərlərini və həmin məqalələrin sifarişçilərini bu dəfə də məyus etməli olacağıq – E.Milli, İ.Abbasov, G.Axundova kimiləri ilə məqsədlərinə nail olacaqlarını düşünürlərsə, yanılırlar.
Necə deyərlər, pir bizimdi, kəramətinə də bələdik.
Elçisi gülüm olanın...
banner

Oxşar Xəbərlər