• cümə axşamı, 25 aprel, 19:45
  • Baku Bakı 21°C

Beynəlxalq incəsənət festival-müsabiqəsi keçiriləcək

21.01.17 20:00 1419
Beynəlxalq incəsənət festival-müsabiqəsi keçiriləcək
Martın 17-dən 19-dək Avropa müsabiqə komitəsi, İtaliyanın Beynəlxalq Mədəniyyət Assosiasiyası "Testene Art” və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin C.Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin birgə təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Beynəlxalq İncəsənət festival-müsabiqəsi keçiriləcək.
Baş İdarədənAZƏRTAC-a bildirilib ki, festival-müsabiqənin qaliblərinin martın 19-da qala-konserti baş tutacaq.
Münsiflər heyətinin tərkibində Rusiyanın Əməkdar Artisti, musiqişünas Qalina Preobrajenskaya və fəxri qonaq kimi Fabio Lamborgini iştirak edəcəklər.
Festival–müsabiqə müxtəlif nominasiyalar və yaş kateqoriyaları üzrə keçiriləcəkdir. Festivala dünyanın müxtəlif ölkələrindən solistlər, ansambl və müxtəlif yaradıcı kollektivlər dəvət olunub.
banner

Oxşar Xəbərlər