• cümə, 19 Aprel, 23:47
  • Baku Bakı 24°C

Beyləqanın Kəbirli kəndində külli miqdarda sursat aşkarlanıb

21.03.17 21:24 697
Beyləqanın Kəbirli kəndində külli miqdarda sursat aşkarlanıb
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Beyləqan rayonunda aşkar olunmuş Mina və Partlamamış Hərbi Sursatlar (PHS) haqqında operativ məlumat yayıb.
ANAMA-danAPA-ya verilən məlumata görə, rayonun Kəbirli kəndində drenaj kanalına baxış keçirilmiş, 3 min 8 ədəd partlamamış hərbi sursat (38 ədəd 40 mm-lik silah qumbarası (VOQ-25), 21 ədəd 30 mm-lik zenit top mərmisi (OFZ), 1 ədəd 70 mm-lik PQ-7VM raketi, 1 ədəd 73 mm-lik PQ-9 raketi, 5 ədəd F-1 əl qumbarası, 118 ədəd F-1 əl qumbarasının partladıcısı (UZRQM) və 2 824 ədəd müxtəlif çaplı patron) aşkar edilib, 2 824 ədəd müxtəlif çaplı patronun daşınması mümkün olduğuna görə mərkəzi məhvetmə ərazisinə daşınıb.
Qalanları isə məhdud daşınaraq partlayış yolu ilə zərərsizləşdirilib. Nəticə etibarilə 2 200 kv.m. ərazi yoxlanılıb.
banner

Oxşar Xəbərlər