• çərşənbə axşamı, 23 aprel, 20:36
  • Baku Bakı 20°C

Beyləqanda "Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda tədbir keçirilib - Fotolar

20.10.16 15:02 1049
Beyləqanda "Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda tədbir keçirilib - Fotolar
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Beyləqan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Beyləqan rayonunda "Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Beyləqan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramiz Əliyev, DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, Dövlət Komitəsinin əməkdaşları Tərxan Paşazadə, Əli Həziyev, icma sədrləri, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Beyləqan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramiz Əliyev qeyd edib ki, ölkəmizdə zəngin multikultural və onun tərkib hissəsi olan tolerantlıq ənənələrinin qorunub daha da inkişaf etdirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov dini ekstremizmin fəsadlarından, İslam dünyasında, o cümlədən ölkəmizdə dini ekstremizmin yaranma səbəbləri və dini dəyərlərimizi qorumaqla dini radikalizmlə mübarizə aparmağın üsullarından bəhs edib.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Tərxan Paşazadə, Əli Həziyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı ili məhz "Multikulturalizm ili" elan etməsini Azərbaycandakı tolerant mühit və multikultural ənənəyə hörmətin yüksək olması ilə əlaqədar olduğunu və ölkəmizdə multikultural mühitin dərin tarixi köklərə malik olduğunu bildiriblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.

banner

Oxşar Xəbərlər