• cümə axşamı, 28 mart, 13:47
  • Baku Bakı 16°C

Bəyannamə: “Azərbaycan, Rusiya və İran neft-qaz sektorunda əməkdaşlığı genişləndirmək niyyətindədir”

02.11.17 09:10 663
Bəyannamə: “Azərbaycan, Rusiya və İran neft-qaz sektorunda əməkdaşlığı genişləndirmək niyyətindədir”
Azərbaycan, Rusiya və İran Tehranda keçirilmiş sammitin nəticələrinə görə beynəlxalq enerji platformaları və neft-qaz sektorunda əməkdaşlığı genişləndirmək niyyətindədirlər.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Tehranda İran prezidentiHəsən Ruhani, Azərbaycan prezidentiİlham Əliyevvə Rusiya prezidentiVladimir Putinarasında keçirilən üçtərəfli görüşün yekunlarına dair qəbul edilən Birgə Bəyannamədə deyilir.
Tərəflər, həmçinin, üç dövlətin elektrik şəbəkələrinin birləşdirilməsi layihəsinin həyata keçirilməsinə dəstək ifadə ediblər. Moskva, Tehran və Bakı ticarət və iqtisadi əlaqələri daha da intensivləşdirmək üçün birgə səylərin vacibliyini vurğulayıb və qarşılıqlı sərmayələrin inkişafı üçün əlverişli şərait yaratmağın zəruriliyini qeyd ediblər.
Tərəflər ticarət strukturlarının nümayəndələri arasında əlaqələrin möhkəmləndirilməsi, ticarət və sənaye palatalarının fəaliyyəti üçün zəruri şəraitin yaradılması və işgüzar dairələrin maraqlarının dəstəklənməsinin vacibliyini vurğulayıblar.
"Tərəflər nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, " Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üçün avtomobil yolları, dəmir yolu vəhavanəqliyyatı sahəsində əməkdaşlığın vacibliyini təsdiqləyir”, Bəyannamədə vurğulanıb.Bu baxımdan, tərəflər "Rəşt-Astara" dəmir yolu xəttinin tikintisi layihəsinin tezliklə həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
Liderlər həmçinin ölkələr arasında viza rejiminin daha da asanlaşdırılmasının vacibliyini vurğulayıblar.
banner

Oxşar Xəbərlər