• cümə, 26 Aprel, 00:09
  • Baku Bakı 16°C

Bəxtiyar Hacıyev: “Müsavatın addımında bir neçə anormal məqam var”

09.01.14 14:07 1465
Bəxtiyar Hacıyev: “Müsavatın addımında bir neçə anormal məqam var”
“İstənilən siyasi partiyanın hər hansı bir birlikdə olmaq və ya olmamaq barədə qərar qəbul etməsini həmin təşkilatın təbii hüququdur. Bu baxımdan, Müsavat partiyasının Milli Şuradan çıxmasını da ilk baxışda normal hadisə kimi dəyərləndirmək olar”. Bu barədə “Kaspi”yə açıqlamasında gənc fəal Bəxtiyar Hacıyev bildirib.
O, müxalifət düşərgəsində baş verən son proseslərdəki bəzi məqamlardan da söhbət açıb. Xüsusilə müsavatçıların hərəkətində anormal sayılan bir neçə məsələni də diqqətə çatdırıb: “Anormal olan bir neçə məsələ var. Birincisi, Müsavat Partiyası sanki Milli Şuradan çıxmaq üçün bəhanələr axtarırdı. Əvvəlcə Rusiya vətəndaşı olan Rüstəm İbrahimbəyovun sədrliyinə etiraz etdilər, sonra fəxri sədrliyinə. Rüstəm İbrahimbəyov istefa verdikdən sonra isə bəhanə sayıla bilməyəcək səbəblər göstərərək, Milli Şuranı tərk etdilər. Bu isə bir çox insanda, o cümlədən müttəfiq partiya sayılan AXCP-nin üzvlərində də xeyli suallar doğurdu. İkincisi, Müsavat funksionerləri hər zaman “Müsavat olmayan yerdə müxalifətin birliyi olmaz” - deyirdilər. İndi isə müxalifətin indiyə qədər ən böyük birliyi olan Milli Şuranı tərk etdilər, dolayısı ilə, Müsavatın olmadığı yerdə birliyin olmayacağını deyərək, müxalifətin birliyinə son qoydular. Üçüncüsü isə, Milli Şuraya qoşulmaq istəməyən vətəndaş cəmiyyəti fəallarına qarşı sərt qarayaxma kampaniyası apardıqları halda, cəmiyyətin ümidlərini puça çıxararaq Milli Şuranı tərk etdilər. İndi özləri düşünsünlər, Azərbaycanda demokratik cəmiyyətin qurulması istiqamətində real olmayan vədlər verib, sonradan cəmiyyəti ümidsizliyə düçar etmək böyük qəbahətdir, yoxsa bu hadisələrin inkişafını əvvəldən görüb, hər hansı quruma qoşulmamağı seçmək?”
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər