Beş ölkənin birgə sammiti başladı
Çinin cənubunda yerləşən Syamen şəhərində Rusiya, Çin, Braziliya,
Hindistan və Cənubi Afrika Respublikası ölkələrinin sammiti öz işinə başlayıb.
Trend-in məlumatına görə, Çin lideri Si Tszinpin təşkilata üzv ölkə
rəhbərlərini beynəlxalq konfrans mərkəzində qarşılayıb. Burada həmin ölkə
başçılarının bayraqlar önündə xatirə fotosu çəkilib.
Bundan sonra sammit öz işinə başlayıb və ölkə liderləri qlobal
iqtisadi problemlər, regional münaqişələrin həlli istiqamətində müzakirələrə
keçiblər.