• cümə, 29 Mart, 13:05
  • Baku Bakı 14°C

Beş il icra edilməyən inzibati cərimə qüvvədən düşəcək

23.02.21 12:23 349
Beş il icra edilməyən inzibati cərimə qüvvədən düşəcək
İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5il müddətində icra edilmədiyi halda sonrakı vaxtlarda icra edilməyəcək.
APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, qüvvədə olan qanuna görə, inzibati cərimə istisna olmaqla, digər inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra bir il müddətində icra edilməyibsə, daha icra edilmirdi.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

banner

Oxşar Xəbərlər