• cümə axşamı, 25 aprel, 04:32
  • Baku Bakı 19°C

Berti Foqts ABŞ-da vəzifə aldı

31.03.14 10:37 1350
Berti Foqts ABŞ-da vəzifə aldı
Amerika Birləşmiş Ştatları Futbol Federasiyası AFFA-ya müraciət edərək, bu il Braziliyada keçiriləcək dünya çempionatında Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun ABŞ yığmasının baş məşqçisi Yurgen Klinsmannın xüsusi məsləhətçisi təyin olunmasına razılıq verilməsini xahiş edib.
Affa.az saytı xəbər verir ki, dünya çempionatının təşkil olunacağı müddətdə Azərbaycan milli komandasının oyunlarının və təlim-məşq toplanışlarının keçirilməyəcəyini nəzərə alaraq AFFA müraciəti müsbət cavablandırıb.
Qeyd edək ki, ABŞ milli komandası Braziliyada keçiriləcək dünya çempionatında Almaniya, Portuqaliya və Qana yığmaları ilə birgə G qrupunda mübarizə aparacaq.
banner

Oxşar Xəbərlər