• çərşənbə, 24 Aprel, 09:15
  • Baku Bakı 13°C

“Berluskoniyə dedim ki, onu alaq, skudettonu qazanaq”

29.06.17 14:46 1036
“Berluskoniyə dedim ki, onu alaq, skudettonu qazanaq”
"Yuventus”un baş məşqçisi Massimiliano Alleqri "Milan”da işlədiyi dövrdən danışıb.

Kaspi.az xəbər verir ki, Alleqri "Milan”ın o vaxtkı rəhbərliyi haqda xoş fikirlər səsləndirib. O, Berluskonidən İbrahimoviçin alınmasını istəyib və buna görə çempionluq vəd edib:

"Mən Berluskoniyə dedim ki, İbrahimoviçi alaq, skudettonu qazanaq. O, mənim istəyimi yerinə yetirdi. Və biz çempion olduq.

Mən Berluskoni ilə Qallianiyə minnətdaram. Onlar məni "Kalyari”dən gətirib, böyük klub etibar etdilər. Orda işlədiyim ikinci ildə bir sıra futbolçular karyerasını bitirdi və bizim bəzi problemlərimiz oldu.

Bütövlükdə, "Milan”da işlədiyim 4 il əla idi. İlk iki 2 ildə mən çempionların komandasını çalışdırdım. Əslində, bu komandanı daha əvvəl - 6-7 il öncə çalışdırmaq istəyərdim”.




banner

Oxşar Xəbərlər