• çərşənbə axşamı, 16 aprel, 22:30
  • Baku Bakı 18°C

Berlində Ümumavropa Qarabağ mitinqi keçirilir

22.02.20 16:52 991
Berlində Ümumavropa Qarabağ mitinqi keçirilir
Berlində Ümumavropa Qarabağ mitinqi keçirilir.
Trend-in məlumatına görə, dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Almaniyanın Berlin şəhərində keçiriləcək Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Ümumavropa Qarabağ mitinqi Bakı vaxtı ilə 16:00-dan etibarən Diasporla İş üzrə Dövlət Komitəsinin "facebook"səhifəsindəcanlı yayımlanır.
Brandenburq qapıları qarşısındakı Paris meydanı adlandırılan ərazidə saysız-hesabsız Azərbaycan bayrağı dalğalanır. Mitinqçilər əllərində "Qarabağ Azərbaycanındır!”, "Terrora və işğala yox deyirik!”, "Xocalılı uşaqların cəlladlarının məhkəməsini tələb edirik!”, "Ermənistan Qarabağın işğalına son qoymalıdır!”, "İşğala dayan deyirik!”, "Qarabağ əcdadlarımızın torpağıdır!” sözləri yazılmış böyük transparantlar tutublar.
Soydaşlarımızı aşağıdakı haştaqlar altında paylaşımlar etməyə çağırırıq.
#Azerbaijan #Karabakh #justiceforkhojaly #EuropeanKarabakhRally
banner

Oxşar Xəbərlər