• cümə axşamı, 25 aprel, 13:04
  • Baku Bakı 23°C

Berlində karantin rejimi əleyhinə nümayişlərdə 77 polis yaralanıb

20.11.20 10:15 391
Berlində karantin rejimi əleyhinə nümayişlərdə 77 polis yaralanıb
Çərşənbə günü Almaniyanın paytaxtı Berlin şəhərinin mərkəzində koronavirusla bağlı tətbiq edilmiş mövcud karantin rejiminə qarşı keçirilən etiraz aksiyaları zamanı azı 77 polis əməkdaşı yaralanıb.
APATASS-a istinadən xəbər verir ki, bu barədə Berlin polisinin "Twitter” hesabında məlumat yerləşdirilib.
Bildirilib ki, ümumilikdə karantin rejimi əleyhinə 19 nümayiş keçirilib ki, asayişin qarunmasına 2.5 min hüquq-mühafizə orqanlarının əməkdaşı cəlb edilib. Bu günədək 365 etirazçının saxlanıldığı bildirilib.
Qeyd edək ki, Almaniyada mövcud məhdudlaşdırıcı tədbirlər noyabrın 2-də etibarən qüvvəyə minib. Etirazçıların fikrincə, müvafiq qaydalar insanların əsas hüquq və azadlıqlarını məhdudlaşdırır.

banner

Oxşar Xəbərlər