AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Berdıyev Bakıdakı oyunun çətin olacağından qorxur

Berdıyev Bakıdakı oyunun çətin olacağından qorxur

İdman
07 Noyabr 2012, 17:12 1203
“Mən deməzdim ki, “Neftçi”yə qarşı ilk oyunumuz asan keçdi. Əksinə, çox gərgin bir matçın şahidi olduq. Noyabrın 8-də isə bizim üçün ikiqat çətin olacaq. Çünki “Neftçi” evdə ənənəvi olaraq güclü çıxış edir”.
Bu sözləri “Rubin”in baş məşqçisi Qurban Berdıyev “Neftçi”yə qarşı Avropa Liqasının qrup mərhələsində keçirəcəkləri oyun ərəfəsində Bakıda keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, qrupda qarşıda hələ üç turun oyunu var: “Ona görə də hər şeyin həll olunduğunu demək tezdir”.
Q.Berdiyev Rusiya mətbuatında gedən “Rubin” çox güc sərf etmədən “Neftçi”yə qalib gələ bilər” fikrinə münasibət bildirərkən bununla razılaşmadığını ifadə edib: “Bir daha deyirəm ki, bizə asan olmayacaq”.
“Neftçi”yə görə Azərbaycan Premyer Liqasının bəzi oyunlarının təxirə salınması, eyni addımın Rusiyada “Rubin”ə qarşı da atılmasının mümkünlüyü haqda suala Q.Berdıyev belə cavab verib: “Bizim üçün ən yaxşı halda oyunu yalnız bir gün sonraya keçirə bilərdilər”.
Ruslan Abışovun qışda “Rubin”ə keçəcəyi haqda xəbərlərə gəlincə, baş məşqçi bu haqda danışmaq istəmədiyini söyləyib: “Abışov bizdə olub və mən onun oyununu bəyənmişəm. İndi isə o, nə “Neftçi”də, nə də “Rubin”də çıxış edir. Ona görə də gəlin oyun haqda danışaq”.