• cümə, 29 Mart, 15:17
  • Baku Bakı 14°C

Bərdədə yol tikintisinə 6,8 milyon manat ayrılıb

26.07.17 19:20 1073
Bərdədə yol tikintisinə 6,8 milyon manat ayrılıb
Prezident İlham Əliyev iyulun 26-da "Bərdə rayonunun Yeni Daşkənd-Umudalılar avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
AZƏRTACxəbər verir ki, on beş min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən Yeni Daşkənd-Umudalılar avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,8 milyon manatı "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
banner

Oxşar Xəbərlər