• cümə axşamı, 25 aprel, 12:13
  • Baku Bakı 23°C

Bərdədə yeniyetmənin qətlinin təfərrüatları məlum olub

14.01.17 18:20 1097
Bərdədə yeniyetmənin qətlinin təfərrüatları məlum olub
Bərdədə yeniyetmənin qətlinin təfərrüatları məlum olub.
APA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə,öldürülən H. Mirzəməmmədovun atası İsmət Mirzəməmmədov bildirib ki, oğlu küt alətlə başından vurularaq öldürülüb və su kanalına atılıb.
Məlum olub ki, qətlə yetirilmiş şəxs 7-ci sinif şagirdidir. Ağdaş rayonunun Aral-1 kəndində müvəqqəti məskunlaşmış kəlbəcərli məcburi köçkün, 2003-cü il təvəllüdlü H. Mirzəməmmədov Bərdədə çobanlıq edirmiş. Hadisə H. Mirzəməmmədov otlaq sahəsində heyvanları otararkən baş verib.
banner

Oxşar Xəbərlər