AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Benzin fırıldaqçılığına qarşı tədbirlərə başlanılıb

Benzin fırıldaqçılığına qarşı tədbirlərə başlanılıb

İqtisadiyyat
08 Aprel 2013, 15:51 1172
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) yanacaq-doldurma məntəqələrində benzinlə fırıldaqçılığın qarşısının alınması üçün tədbirlərə başlayıb.

«APA-Economics»in məlumatına görə, ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, indiyədək bəzi yanacaq-doldurma məntəqələrində A92 benzini A95-ə qatılaraq A95 adı ilə satılıb. Amma artıq yanvar ayından etibarən A92 markalı benzinin rəngi dəyişdirilib – ona qırmızı rəng qatılıb. Nəticədə, belə fırıldaqların edilməsinin qarşısı alınıb. «Hesab edirəm ki, bu da istehlakçıların hüquqlarının qorunmasına gətirib çıxaracaq», - deyə R.Abdullayev bildirib.