• cümə axşamı, 28 mart, 12:43
  • Baku Bakı 16°C

Bələdiyyə üzvlüyünə namizəd narkotiklə tutulub

19.12.19 15:25 500
Bələdiyyə üzvlüyünə namizəd narkotiklə tutulub
Sabirabad rayon sakininin üzərində narkotik maddə aşkarlanıb.
"Report"un Mil-Muğan bürosunun məlumatına görə, rayon sakiniFariz İxtiyar oğlu Ağayevpolisəməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik maddə aşkarlanıb.
Qeyd edək ki, saxlanılan şəxs Yeni Azərbaycan Partiyasının (YAP) Sabirabad rayon təşkilatının sədriMəleykə Ağayevanın oğludur.
F.Ağayev dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində Sabirabad rayonun Qaratəpə kəndi üzrə bələdiyyə sədrliyinə namizəddir.
banner

Oxşar Xəbərlər