• şənbə, 20 Aprel, 14:20
  • Baku Bakı 23°C

Bələdiyyə seçkilərində azərbaycanlının namizədliyi qeydə alındı

26.05.20 14:37 453
Bələdiyyə seçkilərində azərbaycanlının namizədliyi qeydə alındı
Almaniyada bu ilin oktyabrın 9-da keçiriləcək bələdiyyə seçkilərində azərbaycanlının da namizədliyi qeydə alınıb.
"Report”un Avropa bürosunun məlumatına görə, bu,Müşəxxəs Sultanovdur.
Onun namizədliyi Oyskirxen torpaqlığı üzrə Almaniya Sosial Demokratlar Partiyası (SPD) tərəfindən irəli sürülüb.
M.Sultanov 2006-cı ildən partiyanın üzvüdür. Azərbaycanlı namizəd seçiləcəyi təqdirdə torpaqlıqdakı 5 şəhərdən birinin başçısı olacaq.
M.Sultanov 1 sentiyabr 1967-ci ildə Bakıda anadan olub, Azərbaycan Neft Akademiyasını bitirib. 1999-cu ildən Almaniyada yaşayır, ölkədə ilk iş müqaviləsi Almaniya Şell Neftayırma birliyində mühəndis köməkçisi kimi olub. 2006-cı ildən Almaniyada otel və qastronom sahəsində sərmayələr yatırımına da başlayıb. Evlidir, iki övladı var.
banner

Oxşar Xəbərlər