• cümə axşamı, 18 aprel, 16:15
  • Baku Bakı 22°C

Bələdiyyə qulluqçuları üçün təlim keçirilib

01.05.15 13:00 1025
Bələdiyyə qulluqçuları üçün təlim keçirilib
Bu gün M.Ə.Rəsulzadə Bələdiyyəsində bələdiyyə qulluqçuları üçün etik davranış qaydaları və prinsipləri, bunlara əməl olunması işinin gücləndirilməsi məqsədilə “Bələdiyyə qulluqçularının etik davranış qaydaları: Fərdi inkişafın modelləməsi” adlı sayca üçüncü təlim keçirilib. Təlimdə əvvəlcə M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov “Bələdiyyə qulluqçularının etik davranış qaydaları” haqqında qanunun Milli Məclis tərəfindən aprelin 28-də qəbul olunduğunu bildirib. H.Hüseynov vurğulayıb ki, qanunun qəbulundan öncə Milli Məclisin müvafiq komitələrinin və mütəxəssislərin iştirakı ilə müzakirələr aparılıb. Müzakirələrdə bələdiyyə qulluqçularının etik davranış qaydalarına dair hüquqi sənədin olmasına zərurət yarandığı qeyd olunub. Sədr bələdiyyə qulluqçuları üçün etik davranış qaydaları ilə bağlı M.Ə.Rəsulzadə Bələdiyyəsində keçirilən təlimlərin əhəmiyyətini vurğulayıb.
Təlim zamanı etiket qaydalar, loyallıq, bələdiyyə əmlakından istifadə və bələdiyyəyə dair məlumatlardan istifadə, maraqların toqquşmasının qarşısının alınması kimi mövzulardan bəhs edilib.
Təlimçi Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının informasiya portalı olan qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfov bildirib ki, bələdiyyə qulluqçusu qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir. Bundan başqa, bələdiyyə qulluqçularının yerli özünüidarə orqanında müəyyən olunmuş xidməti informasiyanın təqdim edilməsi qaydalarına əməl etməsi barədə məlumat verilib.
Təlimdə bələdiyyə qulluqçularına özünü təqdimetmə, vətəndaşlarla ünsiyyət, sakinlərin qəbulu və dinlənilməsi, vətəndaş məmnunluğunun təmin olunmasında mimika və jestlərin mühüm rol oynadığı izah olunub.
Qeyd edək ki, “Bələdiyyə qulluqçularının etik davranış qaydaları: Fərdi inkişafın modellənməsi” mövzusunda təlimlərin bir ay davam etməsi nəzərdə tutulub.
Kaspi.az

banner

Oxşar Xəbərlər