• çərşənbə axşamı, 19 mart, 10:40
  • Baku Bakı 8°C

Belə qol buraxandan sonra onu kim alar? - Video

22.06.17 14:00 1509
Belə qol buraxandan sonra onu kim alar? - Video
Polşada 21 yaşadək futbolçular arasında Avropa çempionatı davam edir.
Kaspi.az xəbər verir ki, qrup mərhələsində 2-ci turun oyunları keçirilir. C qrupunda qərarlaşan İtaliya Çexiya ilə qarşılaşıb. Oyun çexlərin 3:1 hesablı qələbəsilə başa çatıb.
Bu qarşılaşmada İtaliya yığmasının qapıçısı Canluici Donnarumma olduqca inamsız təsir bağışlayıb. Canluici çexlərin 2-ci qolu zamanı yaxın küncü qorumaqda aciz olub. O, 3-cü qolu 30 metrdən vurulan zərbədən sonra buraxıb.
Bu qollardan sonra "Real”ın onun transferi barədə ciddi düşünəcəyi şübhəsizdi. Donnarumma Avropa çempionatından əvvəl "Milan”la müqaviləni uzatmaqdan imtina etmişdi. Onun "Real”a keçəcəyi bildirilirdi.
Çexiya ilə oyundan sonra çətin ki, "kral klubu” onu transfer etsin. Ən yaxşısı, "Milan”la müqaviləni uzatmaq olardı.
banner

Oxşar Xəbərlər