AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Belarusda koronavirusa yoluxanların sayı 30 minə yaxınlaşıb

Belarusda koronavirusa yoluxanların sayı 30 minə yaxınlaşıb

Təfsilat
17 May 2020, 19:45 299
Belarusda son sutka ərzində koronavirusa (COVID-19) 969 nəfər yoluxub, 5 nəfər isə bu infeksiyadan ölüb.
 
AZƏRTAC xəbər verir ki, Belarus Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, hazırda ölkədə koronavirusa yoluxanların sayı 29 min 650 nəfərdir. Onlardan 9 min 932 nəfəri tam sağalaraq evə buraxılıb, 165 nəfər isə həyatını itirib.
 
İndiyədək Belarusda koronavirusla bağlı 350 mindən artıq test aparılıb. Testlərin aparılması üçün ölkədə 25 laboratoriya fəaliyyət göstərir.