Belarus Azərbaycanda ticarət evi açmaqda maraqlıdır
Belarus Azərbaycanda ticarət evi açmaqda maraqlıdır.
Bunu Trend-ə Belarus Ticarət-Sənaye Palatasının Qrodno vilayət şöbəsinin baş direktoru Meçislav Kostyuk deyib.
Onun sözlərinə görə, bu, hər iki ölkə üçün faydalı olacaq: "Əgər dövlətlər bu niyyəti dəstəkləsə, Belarus Bakıda və ya Azərbaycanın istənilən digər regionunda ticarət evi açmağa hazırdır".