• cümə axşamı, 28 mart, 18:45
  • Baku Bakı 13°C

Bəhruz Nəbiyev: poloçularımız dünya çempionatına yüksək səviyyədə hazırlaşıblar

08.09.17 09:05 3449
Bəhruz Nəbiyev: poloçularımız dünya çempionatına yüksək səviyyədə hazırlaşıblar
Bakıda keçiriləcək və üç gün davam edəcək dünya çempionatında çox güclü komandalar mübarizə aparacaq. Hansı komandanın qalib olacağını əvvəlcədən müəyyən etmək çətindir.
Bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev deyib. O vurğulayıb ki, artıq növbəti dəfədir ölkəmizdə polo yarışları keçirilir. Bakıda keçirilmiş bu yarışlardan ən əhəmiyyətlisi 2015-ci ildə təşkil olunmuş Avropa çempionatı olub. Həmin yarışda Azərbaycan komandası qalib gəlib. Bu dünya kuboku ölkəmizdə ənənəvi olaraq keçirilir. Hər gün iki qarşılaşmanın keçirilməsi planlaşdılır. Artıq püşklər atılıb və komandaların rəqibləri məlumdur. Azərbaycanı bu mötəbər yarışda bu il "Elite Horse And Polo Club” komandası təmsil edəcək. Dünya kubokunda, həmçinin ABŞ-ın "Grand Champions Polo Club”, İsveçrənin "Eyviva Polo Club” və Monakonun "Monte Carlo Polo Team” kimi beynəlxalq polo klublarını təmsil edən güclü komandalar mübarizə aparacaqlar. Təmsilçilərimiz məşqlərini Argetinada keçiriblər. 2018-ci ildə İtaliyada keçiriləcək Avropa çempionatında ölkəmiz də təmsil olunacaq. Həmçinin, 2020-ci ildə keçiriləcək otüstü polo üzrə Avropa çempionatına ev sahibliyi edəcəyik.
banner

Oxşar Xəbərlər