Bəhreyn Əməkdaşlıq Şurasında Qətərin üzvlüyünün dondurulmasını təklif edib
Bəhreyn XİN rəhbəri Xaled bin Əhməd Əl Xəlifə Qətərin Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasında üzvlülüyünün dondurulmasını təklif edib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, XİN rəhbəri bu barədə öz "Twitter" hesabında yazıb.
Yazıda deyilir: "Qətər öz mövqeyini dəyişməzsə, Bəhreyn Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının zirvə görüşündə iştirak etməyəcək".