AZE | RUS | ENG |


Bəhram Xəlilov: “Dövlət qulluğuna qəbulun müsahibə qaydalarında dəyişikliklər nəzərdə tutulub"

Bəhram Xəlilov: “Dövlət qulluğuna qəbulun müsahibə qaydalarında dəyişikliklər nəzərdə tutulub
"Dövlət qulluğunda vakant vəzifələr kateqoriyalar üzrədir. Bizdə yeddi kateqoriya üzrə dövlət qulluğu vəzifəsi var. Hazırda Dövlət İmtahan Mərkəzi vakant dövlət qulluğu vəzifələrinə namizədləri seçmək üçün müsabiqənin keçirilməsinə hazırlıq işləri aparır".
 
APA-nın xəbərinə görə, bunu DİM-in Direktorlar şurasının sədr müavini Bəhram Xəlilov deyib.
 
O bildirib ki, "Dövlət qulluğu haqqında" qanuna bir sıra dəyişikliklər edilib: "Müsabiqənin, o cümlədən test və müsahibənin keçirilməsində bir sıra dəyişikliklər olub. Sadəcə, bu günə normativ-hüquqi baza tam formalaşmayıb. Biz bütün normativ-hüquqi aktların qəbul olunmasını gözləyirik".
 
B. Xəlilov qeyd edib ki, dövlət qulluğuna qəbulun müsahibə qaydalarında da dəyişikliklər nəzərdə tutulub: "Hazırda müsahibənin keçirilməsi qaydaları müvafiq orqanlara təqdim olunub və biz bu yaxınlarda həmin qaydaların təsdiq olunmasını gözləyirik. Təklif olunan dəyişikliklər elə də çox deyil. Əvvəllər müsahibə komissiyası ən azı 3 nəfərdən ibarət idi. İndi isə üzvlərin sayının 5 olması nəzərdə tutulur”.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6373
GBP 1 İngilis funt sterlinqi 2.2678
TRY 1 Türk lirəsi 0.4429
KWD 1 Küveyt dinarı 5.6260
SEK 1 İsveç kronu 0.1996
EUR 1 Avro 2.0012
CHF 1 İsveçrə frankı 1.7140
USD 1 ABŞ dolları 1.7000