• cümə, 19 Aprel, 02:00
  • Baku Bakı 18°C

Bəhram Bağırzadənin vəziyyətində əhəmiyyətli dəyişiklik yoxdur

17.06.20 11:52 951
Bəhram Bağırzadənin vəziyyətində əhəmiyyətli dəyişiklik yoxdur
Ötən gün ərzində və gecə boyu Bəhram Bağırzadənin vəziyyətində əhəmiyyətli dəyişiklik baş verməyib.
Bunu Trend-ə açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev bildirib. Onun sözlərinə görə, Əməkdar artistin bütün lazımi müalicəsi davam etdirilir:
"Bəhram Bağırzadənin vəziyyəti stabildir, yalnız kritik ağır olaraq qalıb. Ötən gündən analizlərində qan qazlarının göstəriciləri və başqa həyatı vacib olan göstəricilərdə mühüm və ciddi dəyişiklik baş verməyib. Təyinatlar vaxtında yerinə yetirilir, lazımi müalicə davam etdirilir".
Xatırladaq ki, COVİD-19 virusuna yoluxan Bəhram Bağırzadə vəziyyətinin kəskin pisləşməsi səbəbindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Bəhram Bağırzadə EKMO cihazına qoşulub.
banner

Oxşar Xəbərlər