• cümə, 29 Mart, 10:46
  • Baku Bakı 5°C

Bəhram Bağırzadənin son vəziyyəti ilə bağlı açıqlama

27.06.20 11:00 1002
Bəhram Bağırzadənin son vəziyyəti ilə bağlı açıqlama
"Əməkdar artist Bəhram Bağırzadənin səhhətindəmüəyyən müsbət dinamika qeyd edilir, lakin vəziyyəti ağır olaraq qalır".
Bunu "Report”a açıqlamasında Mərkəzi Gömrük Hospitalı rəisinin müalicə işləri üzrə müaviniBəxtiyar Musayevdeyib.
Qeyd edək ki, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.
Əməkdar artistin ağciyər toxumasının 90%-dən çoxu zədələndiyindən onu ECMO cihazına qoşublar.
B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidentiMehriban Əliyevanın nəzarətindədir.
Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.
banner

Oxşar Xəbərlər