• cümə, 29 Mart, 01:21
  • Baku Bakı 7°C

Bədii gimnastlarımız Belçikadan qızıl medallarla qayıdıb

05.11.19 10:52 756
Bədii gimnastlarımız Belçikadan qızıl medallarla qayıdıb
31 oktyabr – 3 noyabr tarixlərində Belçikanın Gent şəhərində bədii gimnastika üzrə ənənəvi "Happy Cup” adlı beynəlxalq turnir keçirilib.
Azərbaycan Gimnastika Federasiyasından Trend-ə bildirilib ki, bu turnirdə ölkəmizi Fatimə Əkbərova, Gövhər İbrahimova, Kamilla Seyidzadə, Mədinə Dəmirova, Kamilla Əliyeva, Alina Gözəlova və Məryəm Əliyeva təmsil edib.
Gimnastlarımız arasında ən yaxşı nəticəni 2009-cü il təvəllüdlü gimnastların yarışında çıxış edən Gövhər göstərib. O, həm çöxnövçülükdə, həm də iplə kompozisiyasına görə qızıl medal qazanıb. Bu yaş qrupunda yarışan Məryəm Əliyeva isə çoxnövçülükdə 6-cı yeri tutub.
Növbəti qızıl medalların sahibi Kamilla Seyidzadə olub. O, 2007-ci il təvəllüdlü gimnastlar arasında fərqlənərək, həm çoxnövçülük, həm də topla fəxri kürsünün 1-ci pilləsinə yüksəlib. Bu yaş qrupunda çıxış edən digər gimnast Mədinə çoxnövçülükdə 12-ci olub.
Gənclər yaş qrupunda çoxnövçülükdə mübarizə aparan Alina 6-cı, Kamilla Əliyeva isə 8-ci yerdə qərarlaşıb.
Böyüklər arasında yarışan Fatimə Əkbərova çöxnövçülük yarışlarında 6-cı olub.
banner

Oxşar Xəbərlər