• cümə, 19 Aprel, 09:45
  • Baku Bakı 13°C

Bədii gimnastika üzrə Azərbaycan çempionatı başa çatıb

18.08.17 23:35 1400
Bədii gimnastika üzrə Azərbaycan çempionatı başa çatıb
Bakıda keçirilən Bədii gimnastika üzrə 24-cü açıq Azərbaycan çempionatı qaliblərin mükafatlandırılması ilə başa çatıb.
Trend-in məlumatına görə, böyüklər arasında çoxnövlülük üzrə yarışın qalibi 64,900 xalla Zöhrə Ağamirova olub. Gümüşü Veronika Hudis, bürüncü isə Aya Tanaka Probert qazanıb.
Gənclər arasında çoxnövlülük üzrə yarışın qalibi Darya Farşbafşahriyari olub. O, 49,250 xal toplayıb. Nərminə Səmədova ikinci, Arzu Cəlilova üçüncü yeri əldə ediblər.
Çempionatda Bakı Gimnastika Məktəbi, "Ocaq Sport”, "Start”, "Zirvə ” və Gəncə, Qusar, Kürdəmirin idman klubları, eləcə də Yeni Zelandiyadan olan ümumilikdə 25 gimnast iştirak edib.
banner

Oxşar Xəbərlər