• cümə, 19 Aprel, 19:19
  • Baku Bakı 24°C

BDU Uruqvay Katolik Universiteti ilə əməkdaşlıq edəcək

03.10.16 16:19 850
BDU Uruqvay Katolik Universiteti ilə əməkdaşlıq edəcək
Uruqvay Katolik Universiteti İslam kafedrasının və Ərəb Humanitar Təhsili Ümumdünya departamentininmüdiri, ərəb və islam araşdırmaları üzrə fəlsəfə doktoruSusana Manqana Bakı Dövlət Universitetində olub. Rektor, akademik Abel Məhərrəmovla görüşdə əməkdaşlıq məsələləri müzakirə edilib. BDU-da ərəb dili və ədəbiyyatının tədrisindən, ərəb elmi məktəblərindən danışan rektor bu istiqamətdə birgə fəaliyyətdən söz açıb. Susana Manqana universitetlərarası əlaqələrin inkişafında maraqlı olduqlarını deyib. Görüşdə, eyni zamanda birgə seminar və konfransların keçirilməsi, yay məktəblərinin təşkili də müzakirə edilib.
banner

Oxşar Xəbərlər