• cümə, 19 Aprel, 21:42
  • Baku Bakı 24°C

BDU-nun rektoru Milli Mətbuat Günü münasibətilə görüş keçirib - Fotolar

22.07.19 15:45 13986
BDU-nun rektoru Milli Mətbuat Günü münasibətilə görüş keçirib - Fotolar
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev bu ali məktəbin jurnalistika fakültəsinin, mətbuat və informasiya şöbəsinin bir qrup əməkdaşı ilə görüşüb, onları 22 iyul - Milli Mətbuat Günü münasibətilə təbrik edib.

BDU-dan bildiriblər ki, görüşdə jurnalistika sahəsində ixtisaslaşmalar, sahə jurnalistikası, tələbələrin ölkənin ən nüfuzlu media qurumlarında təcrübə keçmələri üçün əlverişli şəraitin yaradılması, jurnalistika ilə bağlı nəşrlərin təkmilləşdirilməsi məsələləri müzakirə olunub. Eyni zamanda, jurnalistika fakültəsinin Tədris-teleradio studiyasında müxtəlif məzmunlu verilişlər hazırlanması, tələbə yaradıcılığına geniş yer verilməsi istiqamətində fikir mübadiləsi aparılıb.





banner

Oxşar Xəbərlər