• cümə axşamı, 28 mart, 16:11
  • Baku Bakı 16°C

Bazar günü Kiyevin Müstəqillik Meydanında 800 min insan olub

02.12.13 12:07 987
Bazar günü Kiyevin Müstəqillik Meydanında 800 min insan olub
Bazar günü – dekabrın 1-də Kiyevin Müstəqillik Meydanında 800.000 insan toplaşıb.
APA-nın “Ukrainskaya pravda”ya istinadən verdiyi xəbərə görə, bunu müxalifət liderlərindən biri, sabiq daxili işlər naziri Yuri Lutsenko bu gün səhər meydanda çıxışında deyib. “Dünən Müstəqillik Meydanında səkkiz yüz min insan olub. Bu, rəsmi məlumatdır”, deyə o, söyləyib.
Y. Lutsenko insanları meydana gəlməyə və öz gələcəyini müdafiə etməyə çağırıb: “Bu, narıncı meydan hərəkatının təkrarı deyil, tamam başqa şeydir. O vaxt biz inanırdıq ki, seçdiyimiz prezident gəlib hər şeyi edəcək. İndi isə hər şeyi biz özümüz etməliyik”.
banner

Oxşar Xəbərlər