• cümə axşamı, 28 mart, 17:31
  • Baku Bakı 16°C

Baytarlıq preparatlarının satışına nəzarət gücləndirilir

23.12.16 19:24 921
Baytarlıq preparatlarının satışına nəzarət gücləndirilir
Dövlət büdcəsi vəsaiti hesabına alınmış baytarlıq preparatlarının istifadəsinin tənzimlənməsi, şəffaflığın təmin edilməsi və nəzarətin gücləndirilməsi məqsədi ilə rayon(şəhər) baytarlıq idarələrinə müvafiq tapşırıqlar verilib.

DBNX-nin mətbuat xidmətindənLent.az-a verilən məlumata görə, rayon(şəhər) baytarlıq idarələrinə verilən həmin tapşırıqlarda baytarlıq preparatlarının sahə baytarlıq məntəqələrinə bölgüsünə, onların yerlərdə tətbiqinə rayon (şəhər) baytarlıq idarələri tərəfindən ciddi nəzarət edliməsi, dövlət büdcəsi vəsaiti hesabına alınmış və üzərində "SATILA BİLMƏZ” sözləri yazılmış biopreparatlar, dezinfeksiya, dezinseksi ya və müalicəvi dərman preparatlarının özəl baytarlıq aptekləri, baytar həkimləri, digər fiziki və hüquqi şəxslər tərəfindən satışına qəti şəkildə yol verilməməsi, dövlət büdcəsi vəsaiti hesabına alınmış və üzərində "SATILA BİLMƏZ” sözləri yazılmış preparatların işlədilməsi zamanı epizootik və ambulator kitablarda qeydiyyatının aparılaraq istifadə edilməsi tapşırılıb.

Baytarlıq idarələrinə göndərilən müvafiq tapşırıqda, eləcə də Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən reydlər aparılan zaman hər hansı rayon (şəhər) ərazisindəki özəl baytarlıq aptekində, fiziki və hüquqi şəxslərdə dövlət büdcəsi vəsaiti hesabına alınmış və üzərində "SATILA BİLMƏZ” sözləri yazılmış baytarlıq preparatları aşkarlanarsa bu işdə məsuliyyəti olan şəxslər haqqında ciddi inzibati cəza tədbirlərinin görüləcəyi bildirilib.

Bildirək ki,dövlət büdcəsi hesabına alınan baytarlıq preparatlarının istifadəsində şəffaflığı təmin etmək məqsədilə 2017-ci il üçün heyvanlar və quşlar arasında epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planına uyğun olaraq istifadə olunacaq biopreparatların, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatlarının üzərində "SATILA BİLMƏZ” sözləri yazılıb.
banner

Oxşar Xəbərlər