• cümə axşamı, 28 mart, 13:12
  • Baku Bakı 16°C

Bayramlarla əlaqədar may ayında 4 gün iş olmayacaq

05.04.21 22:00 1497
Bayramlarla əlaqədar may ayında 4 gün iş olmayacaq
May ayında qeyri-iş günlərinin sayı məlum olub.
Kaspi.az-ın məlumatına görə, bu il 9 May - Faşizm üzərində qələbə günü bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 10 may qeyri-iş günü olacaq.
Nazirlər Kabinetinin 3 dekabr 2020-ci il qərarına əsasən, bu il 13 may (cümə axşamı) və 14 may (cümə) isə Ramazan bayramıdır. Həmin günlər də qeyri-iş günüdür.
Eyni zamanda 28 May - Respublika günü də iş günü hesab edilməyən bayram günüdür. Bu il mayın 28-i cümə gününə təsadüf edir.
Beləliklə, may ayında bayramlarla əlaqədar 4 gün iş olmayacaq.
banner

Oxşar Xəbərlər