• cümə, 26 Aprel, 02:21
  • Baku Bakı 16°C

Bayram günlərinin hava proqnozu

31.08.17 13:23 1338
Bayram günlərinin hava proqnozu
Sentyabrın 1-də Bakı və Abşeron yarımadasındahavayağmursuz. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

ETSN-dənAPA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 22-25° isti, gündüz 31-36° isti olacağı gözlənilir.

Bakıda gecə 23-25°, gündüz 34-36° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 40-50 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı,
Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda
26-27°,Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.

Sentyabrın 2-dəhavadəyişkən buludlu, yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 22-25° isti, gündüz 30-35° isti olacağı gözlənilir.

Bakıda gecə 23-25°, gündüz 33-35° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 65-75 %, gündüz 45-50 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı,
Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda
26-27°,Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.


Azərbaycanın rayonlarında sentyabrın 1-dəhavaəsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 34-39° isti, dağlarda gecə 14-19°, gündüz 25-30° isti olacağı gözlənilir.

Sentyabrın 2-dəhavaəsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunujn gecə 19-24°, gündüz 33-38° isti, dağlarda gecə 13-18°, gündüz 23-28° isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər