• cümə, 19 Aprel, 06:55
  • Baku Bakı 13°C

Bayram günlərində hava necə olacaq?

07.08.13 13:14 1274
Bayram günlərində hava necə olacaq?
Bakı və Abşeron yarımadasında avqustun 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, gün ərzinə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 25-30 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı,
Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında avqustun 8-də şimal rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 18-23, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.
Ramazan bayramı günlərində - avqustun 8-də gecə və səhər əsasən respublikanın şimal rayonlarında, gündüz isə ayrı-ayrı yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, axşam dağlıq və dağətəyi rayonlarda yağışın leysan xarakterli olacağı gözlənilir.
Avqustun 9-da əsasən gecə və səhər saatlarında bəzi rayonlarda hava şəraitinin yağışlı olacağı, avqustun 10-da gündüz yağışın tədricən kəsiləcəyi gözlənilir.
Avqustun 11-də əksər rayonlarda hava şəraitinin yağmursuz keçəcəyi, temperaturun ötən günlərlə müqayisədə 3-5 dərəcə yüksələcəyi gözlənilir.
banner

Oxşar Xəbərlər