Bayram günlərində əhali fasiləsiz nəqliyyat və telekommunikasiya xidmətləri ilə təmin ediləcək
Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi Ramazan bayramı günlərində əhalinin nəqliyyat,
telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və
radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsinə
dair tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin
telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.
Bayram ərəfəsində və bayram günlərində
sabit telefonların fasiləsiz işinin təmin edilməsi məqsədi ilə rabitə xidmətləri
borclarına və digər səbəblərə görə telefonların şəbəkədən açılmaması, eləcə də
daxil olan müraciətlərə həssaslıqla yanaşılaraq, operativ tədbir görülməsi nəzərdə
tutulur.
Bayram günlərində məsul növbətçilər təşkil
edilməklə nəqliyyat, telekommunikasiya xidmətlərinin, radio-televiziya
yayımının fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, kabel və xətt zədələnmələrinin
operativ aradan qaldırılması, poçt şöbələrinin iş rejiminin tənzimləyici qrafik
üzrə qurulması, profilaktik, tikinti-quraşdırma işlərinin dayandırılması, rabitə
obyektlərinin mühafizəsinin gücləndirilməsi üzrə müvafiq tədbirlər görüləcək.
Şəhərlərarası nəqliyyat gücləndirilmiş
iş rejimində çalışacaq. Eyni zamanda, Bakı Beynəlxalq Avtovağzalının bayram
günlərində gücləndirilmiş iş rejimində fəaliyyəti təmin ediləcək. Sərnişin
sıxlığını nəzərə alaraq, lazımi sayda əlavə avtobus xəttə buraxılacaq.
Vətəndaşlardan rastlaşdıqları istənilən
problemlə bağlı "1655" saylı "Qaynar Xətt"lə əlaqə
saxlamaları xahiş olunur.