• cümə axşamı, 28 mart, 20:29
  • Baku Bakı 13°C

Bayden Trampın məğlubiyyəti qəbul etməməsini "biabırçılıq" adlandırıb

11.11.20 09:30 381
Bayden Trampın məğlubiyyəti qəbul etməməsini "biabırçılıq" adlandırıb
KİV tərəfindən ABŞ-da yeni seçilmiş prezident elan edilən Co Bayden hazırkı prezident Donald Trampın seçkilərdə məğlub olduğunu qəbul etməməsini "biabırçılıq” adlandırıb.
APA"RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Demokratların namizədi Delaver ştatında tərəfdaşları qarşısında çıxış edərkən bildirib.
"Düşünürəm ki, düzünü desək, bu biabırçılıqdır... Düşünürəm ki, bu, sonunda 20 yanvar tarixində uğurla başa çatacaq”, - Bayden belə deyib.
KİV-də yer alan məlumatlara görə, Co Bayden ABŞ-da keçirilən prezident seçkilərində qalib gəlib və o, artıq qələbəsini elan edib. D.Tramp isə hələ də məğlubiyyəti qəbul etməyib. Onun vəkilləri səslərin sayılmasının dayandırılması və iddia edilən pozuntuların araşdırılması tələbləri ilə müxtəlif ştat məhkəmələrində iddia qaldırıblar.
banner

Oxşar Xəbərlər