• cümə axşamı, 18 aprel, 08:16
  • Baku Bakı 12°C

Bayden: "Cənubi Qafqazla bağlı məsələlərdə ABŞ və Aİ-nin iştirakının davam etdirilməsinə ehtiyac var"

26.03.21 13:15 662
Bayden: "Cənubi Qafqazla bağlı məsələlərdə ABŞ və Aİ-nin iştirakının davam etdirilməsinə ehtiyac var"
Türkiyə, Cənubi Qafqaz, Şərqi Avropa və Qərbi Balkanlarla bağlı məsələlərdə ABŞ və Avropa İttifaqının (Aİ) iştirakının davam etdirilməsinə ehtiyac var.
APA-nın Ağ Evin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bunu Avropa Şurasının sammitindəki çıxışı zamanı ABŞ Prezidenti Co Bayden deyib.
O, Aİ ilə ABŞ arasında münasibətlərin yenidən canlandırılmasına sadiqliyini ifadə edib. Bildirib ki, ABŞ demokratik dəyərləri və dünyanın ən böyük ticarət və investisiya tərəfdaşlığını paylaşdığı güclü Aİ-nin gücü olmasında maraqlıdır.
Co Bayden Aİ-ni COVID-19-la mübarizə, iqtisadi bağların dərinləşdirilməsi, demokratiyanın gücləndirilməsi kimi ümumi çağırışlara bağlı yaxın əməkdaşlıq etməyə çağırıb.
Qeyd edək ki, 27 Aİ ölkəsinin dövlət və hökumət başçısının iştirakı ilə keçirilən sammitə Aİ Şurası Prezidenti Şarl Mişel sədrlik edib.

banner

Oxşar Xəbərlər