• cümə, 19 Aprel, 17:53
  • Baku Bakı 25°C

Bayden bir sıra rəhbər vəzifələrə müvəqqəti təyinatlar edib

21.01.21 11:45 401
Bayden bir sıra rəhbər vəzifələrə müvəqqəti təyinatlar edib
ABŞ Prezidenti Co Bayden bir sıra rəhbər vəzifələrə müvəqqəti təyinatlar edib.
APA-nın Ağ Evin saytına istinadən verdiyi xəbərə görə, C. Baydenin irəli sürdüyü namizədlər Konqres tərəfindən təsdiqlənənə qədər bu şəxslər federal agentliklərə rəhbərlik edəcək.
Bildirilib ki, bu təyinatların sayı 34-dür.
Prezident C. Baydenin qərarına əsasən, Mərkəzi Kəşfiyyat İdarəsinə Devid Kohen, İstehlakçıların Maliyyə Müdafiəsi Bürosuna Deyv Uexio, Kənd Təsərrüfatı Nazirliyinə Kevin Şe, Ticarət Nazirliyinə Vayn Koqqins, Müdafiə Nazirliyinə Devid Norquist, Təhsil Nazirliyinə Fil Rozenfelt, Enerji Nazirliyinə Devid Huizenqa, Milli Təhlükəsizlik Departamentinə Devid Pekoske və Daxili İşlər Nazirliyinə Skott de la Veqa rəhbərlik edəcəklər.

banner

Oxşar Xəbərlər